ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin nüvə müharibəsinin qarşısının alınması ilə bağlı birgə bəyanat qəbul ediblər.
Denmedia.az xəbər verir ki, üç ölkənin lideri noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bir araya gəlib.
Təxminən 90 dəqiqə davam edən görüşdən sonra tərəflər dörd bənddən ibarət “Sülhə doğru Bəyannamə” qəbul ediblər.
Sənəddə nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığı və belə bir müharibəyə heç vaxt yol verilməməli olduğu vurğulanıb.
Liderlər nüvə silahlarından istifadə riskinin azaldılması və bu silahların yayılmasının qarşısının alınması məqsədilə dialoqa başlamaq barədə razılığa gəliblər.
Bəyanatda, həmçinin Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatların aparılması, qlobal enerji təchizatının sabitliyinin dəstəklənməsi və beynəlxalq məhkəmə institutlarının səlahiyyətləri ilə bağlı məsələlərə toxunulub.
Bununla belə, sənəddə nüvə arsenallarının konkret həcmdə azaldılmasına dair öhdəlik və ya danışıqların başlanması üçün dəqiq vaxt müəyyən edilməyib.
Diqqətçəkən məqamlardan biri də bəyanatda Ukraynadakı müharibənin və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının birbaşa qeyd olunmamasıdır.
Görüş beynəlxalq diplomatiyada əlamətdar hadisə kimi qiymətləndirilsə də, tərəflərin əldə etdikləri razılaşmaların praktik nəticələri hələlik məlum deyil.

