Dubay şeyxi Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təhlükəsizlik əməkdaşları tərəfindən döyüldüyünü, ona zorla dərman preparatları yeridildiyini və üç qızının əlindən alındığını iddia edib.
Denmedia.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, Cavadlı 2026-cı ilin iyun ayından bəri övladlarını görmədiyini bildirib və məsələyə müdaxilə edilməsi üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.
Onun sözlərinə görə, gecə saatlarında maskalı şəxslər evinə basqın edərək onu yerə yıxıb, döyüb və iradəsi əleyhinə dərman preparatları yeridiblər. Daha sonra həmin şəxslər yuxuda olan üç qızını – 10 yaşlı Sənanı, 8 yaşlı Asiyanı və 7 yaşlı Səlaməni aparıblar.
“Qızlarımın son gördüyü mənzərə evimizin döşəməsində döyülmüş və dərmanların təsiri altında uzanan anaları olub. Mənim isə son eşitdiyim onların qışqırıqları idi”, – deyə Zeynəb Cavadlı bildirib.
Cavadlı baş verənlərin araşdırılmasını və övladlarına qovuşmasına kömək göstərilməsini istəyib.

