Keniyanın paytaxtı Nayrobidə kimliyi müəyyən edilməyən və ya yaxınları tərəfindən götürülməyən 465 nəfərin cənazəsinin kütləvi şəkildə dəfn olunması barədə qərar qəbul edilib.
Denmedia.az xəbər verir ki, buna şəhər morqlarında yer çatışmazlığı səbəb olub.
Qərara əsasən, cənazələrin dəfni üçün Nayrobinin Lanqata qəbiristanlığında dörd kütləvi məzar hazırlanıb.
Məlum olub ki, bəzi cənazələr 2024-cü ildən bəri morqlarda saxlanılır. Onların bir qisminin kimliyini müəyyənləşdirmək mümkün olmayıb, digərlərinin isə yaxınları tərəfindən götürülmədiyi bildirilir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, kütləvi dəfnin noyabrın 19-da həyata keçirilməsi planlaşdırılıb. Məqsəd morqlarda yaranmış sıxlığı azaltmaq və yeni cənazələrin qəbuluna şərait yaratmaqdır.
Qəbiristanlıqdan yayılan görüntülər ictimaiyyətdə böyük kədər doğurub.
Qeyd edək ki, Lanqata qəbiristanlığında yer çatışmazlığı uzun müddətdir ciddi problem olaraq qalır. Buna baxmayaraq, ərazidə dəfn mərasimlərinin keçirilməsi davam edir.

