Bakı Dövlət Universitetində (BDU) yeni rektorun təyinatından sonra kadr dəyişikliyi baş verib.
Denmedia.az “Unikal”a istinadən xəbər verir ki, universitetin rektoru Məleykə Abbaszadə bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.
Qeyd edək ki, Nərmin Heydərli bu vəzifəyə BDU-nun sabiq rektoru Elçin Babayevin rəhbərliyi dövründə təyin olunmuşdu.
Xatırladaq ki, noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib. Digər sərəncamla Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetin yeni rektoru təyin olunub.

