ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Baş Müfəttiş İdarəsi müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlərlə bağlanmış müqavilələrin və maliyyə əməliyyatlarının yoxlanılmasına başlayır.
Denmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Yoxlamaya səbəb ABŞ Müdafiə Nazirliyinin Prezident Donald Trampın oğulları ilə əlaqəli strukturlara 3,2 milyard dollar vəsait ayırması barədə yayılan məlumatlar olub.
Noyabrın 20-də açıqlanan xidməti sənədə əsasən, audit birbaşa investisiyaları, qrantları, müqavilələri və kreditləri əhatə edəcək.
Yoxlamanın əsas məqsədi maliyyə vəsaitlərinin ayrılması zamanı federal qanunvericiliyin tələblərinə əməl edilib-edilmədiyini və qanunsuz təsirlərin qarşısının alınmasına dair qaydaların pozulub-pozulmadığını müəyyənləşdirməkdir.
Araşdırma müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən konkret podratçı şirkətləri əhatə edəcək.

