Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı keçirilib.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı M. Zöhrabzadə saxlanılıb. Onun üzərindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

