Noyabrın 22-də Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Denmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru isə yarımadanın ayrı-ayrı ərazilərində yağıntının qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Mülayim şimal-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 10–13, gündüz 15–18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 761 millimetrədək yüksələcək. Nisbi rütubət 70–75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə şimal və qərb bölgələrindən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntı gözlənilir.
Ayrı-ayrı ərazilərdə yağışın intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 6–11, gündüz 14–18 dərəcə isti, dağlarda isə gecə 3–8, gündüz 8–13 dərəcə isti olacaq.

