Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub.
Qəzanın hansı səbəbdən baş verdiyi və hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Hazırda yol-nəqliyyat hadisəsinin təfərrüatı dəqiqləşdirilir.

