UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə 1/4 final mərhələsinin püşkü atılıb. İspaniya millisi Fransa ilə, İngiltərə isə Norveçlə qarşılaşacaq.
Denmedia.az xəbər verir ki, püşkatma mərasimi noyabrın 20-də İsveçrənin Nyon şəhərində keçirilib.
Püşkün nəticələrinə əsasən, 1/4 final mərhələsində aşağıdakı cütlüklər üz-üzə gələcək:
-
İspaniya – Fransa
-
Norveç – İngiltərə
-
Niderland – Portuqaliya
-
Belçika – Almaniya
İlk qarşılaşmalar 2027-ci il martın 25–27-də, cavab oyunları isə martın 28–30-da keçiriləcək.
Yarımfinal mərhələsində İspaniya–Fransa cütünün qalibi Niderland–Portuqaliya qarşılaşmasının qalibi ilə, Norveç–İngiltərə cütünün qalibi isə Belçika–Almaniya duelinin qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasının hazırkı çempionu Portuqaliya millisidir. Komanda 2025-ci ildə finalda İspaniyanı penaltilər seriyasında məğlub edərək ikinci dəfə turnirin qalibi olub.

