Azərbaycan Müdafiə Nazirliyinin Baş Logistika İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə görüş keçirilib.
Denmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş NATO əməliyyatlarının logistik dəstək mexanizmlərinə (OLSP) həsr olunub.
Tərəflər hərbi logistika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, hərbi mobilliyin təmin olunmasını, təchizat zəncirlərinin dayanıqlılığını və NATO-ya üzv ölkələrin logistika resurslarından birgə istifadə məsələlərini müzakirə ediblər.
Bundan əlavə, hərbi qulluqçular üçün təlim tədbirlərinin təşkili, eləcə də NSPA və OLSP mexanizmlərinin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

