Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın sürətli sosial-iqtisadi inkişafının bütün dünyada tanındığını bildirib.
Denmedia.az xəbər verir ki, dövlət başçısı bu barədə Vyetnam Prezidenti To Lamla geniş tərkibdə keçirilən görüşdə danışıb.
İlham Əliyev qeyd edib ki, Vyetnamda yaradılmış əlverişli investisiya mühiti dünyanın müxtəlif ölkələrindən çoxsaylı şirkətləri cəlb edir.
Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını da vurğulayıb.
“Cənab Prezident, Sizin də haqlı olaraq qeyd etdiyiniz kimi, münasibətlərimiz strateji xarakter daşıyır. Ötən il Azərbaycana dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdik. Əslində isə münasibətlərimiz bundan əvvəl də strateji xarakter daşıyırdı”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev hazırda Vyetnamda səfərdədir.

