13 
mar
2024
13:50
134

Hindistan vətəndaşı Qubada yolu azdı - FOTO

13 mar, 2024
13:50
134

Hindistan vətəndaşı Qubada yolu azdı - FOTO

Qubada dağlıq ərazidə çətin vəziyyətdə qalan əcnəbi vətəndaşa polis əməkdaşları kömək edib.

Bu barədə Den.az-a DİN-in mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən turizm şirkətinin əməkdaşı Quba rayonuna istirahətə gələn Hindistan vətəndaşı Sahoo Ramakantın əlverişsiz hava şəraiti ilə bağlı Quba-Susay-Xınalıq yolunda ucqar dağlıq ərazidə avtomobilinin qara batması və hərəkətsiz qalmasını bildirib.

Məlumat daxil olan kimi Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti bölmələrinin əməkdaşları dərhal həmin əraziyə gedərək əcnəbi vətəndaşa kömək ediblər.

S.Ramakant polis əməkdaşlarına minnətdarlıq edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar