13 
yan
2024
15:29
767

4-cü siniflərdə keçirilən monitorinqdə 13425 şagird iştirak edib-FOTOLAR

13 yan, 2024
15:29
767

4-cü siniflərdə keçirilən monitorinqdə 13425 şagird iştirak edib-FOTOLAR

4-cü siniflərdə monitorinq keçirilib.

Den.az xəbər verir ki, Yanvarın 13-də Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə monitorinqdə ümumilikdə 13425 şagird iştirak edib.

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda sinifdən sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək təhsilalanların tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə reytinq göstəricisini müəyyən etməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq.







Bizimlə əlaqə saxlayın

Çox oxunanlar