22 
yan
2024
11:24
213

Polis Akademiyasına sənəd qəbulu başladı-VİDEO

22 yan, 2024
11:24
213

Polis Akademiyasına sənəd qəbulu başladı-VİDEO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi
olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə 500 kursantın
qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə
yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar
iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, cari ilin yanvar,
aprel  iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din
xadimləri, fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş,
yaxın qohumları ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşlar müsabiqəyə buraxılmır.
Sənədlərin qəbulu 2024-cü il yanvar ayının 22-dən mart ayının 3-dək bazar günləri
istisna olmaqla hər gün saat 10-dan 17-dək namizədin qeydiyyatda olduğu inzibati ərazi
üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir.
Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
 oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş
xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq
kağızda).
Abituriyentlərin fiziki hazırlıq üzrə verəcəkləri minimal normativlər
aşağıdakılardır:
- turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar – 10 dəfə, 80 kiloqramdan
yuxarı olanlar – 8 dəfə;
- qaçış 100 metr məsafəyə – 15 saniyə, 1000 metr məsafəyə – 4 dəqiqə;
- qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə;
- arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə;
Fiziki hazırlıq normativləri ödəyə bilməyən abituriyentlər müsabiqədən
kənarlaşdırılır.
Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması,
təqaüd  yeməklə təmin olunular. Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis
leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər
orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Polis Akademiyası və sənəd qəbulu haqqında ətraflı məlumatlar Akademiyanın
www.pa.edu.az internet saytında yerləşdirilib.
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları:
8880 qaynar xətti,
(012) 454-12-78,
(012) 590-97-76,
(012) 590-99-47

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar