25 
fev
2024
22:56
150

Sabah bu marşrut avtobuslarının hərəkəti dəyişəcək

25 fev, 2024
22:56
150

Sabah bu marşrut avtobuslarının hərəkəti dəyişəcək - FOTO

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı fevralın 26-da müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunacaq.

“Den.az” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Belə ki, Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar