apr
2024
17:12
140

Türkiyə bu beynəlxalq birlikdən çıxır - Ərdoğan fərman İMZALADI

5 apr, 2024
17:12
140

Türkiyə bu beynəlxalq birlikdən çıxır - Ərdoğan fərman İMZALADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin aprelin 8-dən “Avropada adi silahlı qüvvələr haqqında” Müqavilədən çıxması barədə fərman imzalayıb.

Den.az xəbər verir ki, fərman hökumətin “Rəsmi qəzet”ində dərc olunub.

Sənədin mətnində bildirilir ki, prezidentin fərmanına əsasən, Türkiyə Respublikası ilə “Avropada adi silahlı qüvvələr haqqında” Müqavilə iştirakçısı olan digər dövlətlər arasında sazişinn icrasının 2024-cü il aprelin 8-dən dayandırılması qərara alınıb.

“Avropada adi silahlı qüvvələr haqqında” Müqavilə 1990-cı il noyabrın 19-da Parisdə imzalanmış və Türkiyə hökuməti tərəfindən 1992-ci il iyulun 1-də ratifikasiya edilmişdi. Müqavilə 30 dövlətin silahlı qüvvələrinin adi silah və texnikasının beş əsas kateqoriyasının (döyüş tankları, zirehli döyüş maşınları, 100 mm çaplı artilleriya sistemləri, döyüş təyyarələri və hücum helikopterləri) sayını məhdudlaşdırır.
Sənəd məlumat mübadiləsini və yoxlamaları nəzərdə tutur.

Rusiya 2023-cü ilin noyabrında bu Müqavilədən çıxıb. Bundan sonra ABŞ və NATO müqavilə üzrə öhdəliklərini dayandırdıqlarını elan etmişdilər. Daha sonra Ankara NATO tərəfdaşlarının bu qərarından təəssüfləndiyini bildirmiş və onları Müqaviləyə qayıtmağa çağırmışdı. Türkiyənin hazırkı qərarı beynəlxalq gərginliyin artması səbəbindən verdiyi qeyd edilir.

Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən xəbər verir ki, Ankaranın fikrincə, saziş hazırkı şəraitdə öz mənasını itirib və ondan irəli gələn öhdəliklər əslində yerinə yetirilmir. Eyni zamanda qeyd edilir ki, müqavilə üzrə öhdəliklərin icrasının dayandırılması barədə qərar geri qaytarıla bilər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar