“İngiltərə və Fransa 1940-cı ildə Bakıda neft yataqlarını bombalamağı planlaşdırırdı”.
Den.az xəbər verir ki, Rusiya Prezident Kitabxanası “Fransa Baş Qərargahının məxfi sənədləri” kolleksiyasından olan Fransadakı Müttəfiq Quru Qoşunlarının baş komandanı, general Moris Qamelenin Sovet İttifaqının məhv edilməsi planlarına dair notasını dərc edib.
Məqalədə bildirilir ki, İngiltərə və Fransa 1940-cı ildə Bakıda sovet neft mədənlərini bombalamaqla SSRİ-ni diz çökdürməyi və son nəticədə Sovet İttifaqının dağılmasına nail olmağı planlaşdırırdılar.
“1940-cı ilin əvvəllərində İngiltərə və Fransa Sovet İttifaqının o vaxt döyüşdüyü Finlandiyadan zərbələr endirmək, Leninqradı tutmaq, yerli sovet neft yataqlarını dağıtmaq, habelə SSRİ-yə qarşı müharibəyə başlamaq haqqında fundamental qərar qəbul etdilər. Bu qərarı İngiltərə və Fransanın hərbi rəhbərliyinin əsas rəsmi orqanı olan Ali Hərbi Şura verdi. Plana hər iki ölkənin baş nazirləri, Nevil Çemberlen və Eduard Daladier başçılıq edirdilər. Qafqazın neft mədənlərinə qarşı hərbi əməliyyatlar bu regionda neft sənayesini məhv etməyə yönəldilməli idi. Yerüstü əməliyyat müxtəlif çətinliklər yaratdığından müttəfiqlər Bakıya hava hücumu məsələsini nəzərdən keçirməyə vadar olmuşdular. Bakı Qafqazın ən böyük neft mərkəzi idi və Rusiya neft hasilatının 75%-i Bakının quyularından əldə edilirdi. Bakıya zərbə SSRİ-ni Qafqaz neftinin əhəmiyyətli bir hissəsindən məhrum edərdi. Hətta bir neçə aydan sonra SSRİ-nin çətinlikləri o həddə çata bilərdi ki, bu dövlət tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə qalardı. Hesablamalara görə, hava zərbələrinin Bakıdan 400-700 kilometr aralıda yerləşən Türkiyə və ya İrandan, eləcə də Suriya və İraqdakı bazalardan həyata keçirilməsi planlaşdırılırdı”, – deyə məqalədə qeyd olunur.
Günəş Fərəh
Den.az
General Qamelenin Sovet İttifaqının məhv edilməsi planlarına dair notası üzə çıxıb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.