“ABŞ tezliklə Qəzzada atəşkəsi təmin etmək üçün yeni formul təqdim edəcək”.
Den.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Devid Lammi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ və Britaniya Qəzzada münaqişəni mümkün qədər tez bitirməyə çalışır.
“ABŞ Qətər və Misirlə birgə mövcud boşluqları aradan qaldırmaq üçün yeni müqavilə formulunun hazırlanmasında yaxından iştirak edir. Tezliklə biz bu məsələni tərəflərə təqdim edəcəyik və onların fikirlərini öyrənəcəyik. Məsələlərin 90 faizdən çoxu razılaşdırılıb və həll olunub. Lakin tamamilə həll olunması vacib bir neçə problem qalıb. İndi hər şey Netanyahu və Sinvarın əlindədir. Onlar bizə xətti keçməyə və masada olan müqaviləni bağlamağa kömək edəcəklər”, – deyə Blinken vurğulayıb.
Günəş Fərəh
Den.az
“ABŞ Qəzzada atəşkəsi təmin etmək üçün yeni formul təqdim edəcək” - Blinken

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.