NASA-nın “Perseverance” kəşfiyyat aparatı Marsın səthində elm dünyasını həyəcanlandıran yeni kəşf edib.
Den.az xəbər verir ki, çəkilən görüntülərdə "Freya qalası" adı verilən qayanın olduğu müşahidə edilib. “Perseverance” kraterin dik yamaclarında qalxmağa davam edərkən, Marsın geoloji tarixini anlamağa kömək edə biləcək müxtəlif qaya birləşmələri aşkar edib. Kəşfiyyat aparatı Marsın dərinliklərindən qalxdığı güman edilən qədim qayaları çıxarmağa davam edir. Bu kəşflər Marsın keçmişi haqqında mühüm ipuçları verə bilər.
"Freya qalası" adlanan qaya, “Mastcam-Z kamerası” ilə ətraflı şəkildə araşdırılıb. 20 sm diametrli bu qaya özünəməxsus qara və ağ zolaqları ilə diqqət çəkir.
Marsda mühüm kəşfə imza atıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.