“Rusiya, Çin və İran ABŞ-da keçiriləcək seçkilər ərəfəsində nifaq salmaq niyyətindədir”.
Den.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ kəşfiyyat rəsmilərinə istinadən məlumat dərc edib.
Məlumatda deyilir ki, seçicilər səsverməyə getdikdən sonra zorakılığı qızışdırmaq planı işə salına bilər.
“Xarici aktyorlar, xüsusən də Rusiya, İran və Çin amerikalıları parçalamaq və ABŞ demokratik sisteminə inamı sarsıtmaq üçün nifaq salmağa çalışırlar. Bu, onların maraqlarına uyğundur. Onlar seçki dövründə istifadə etdikləri eyni alətlərdən, xüsusən də informasiya və kiber əməliyyatlardan istifadə edə, fiziki təhdid və zorakılığı da nəzərdən keçirə bilərlər. Xarici aktyorlar seçki günü narazılıq yaratmaqla prosesi pozmağa cəhd etsələr də, səsvermə sistemi o qədər təhlükəsizdir ki, heç bir nəticə əldə edə bilməyəcəklər.
Günəş Fərəh
Den.az
"Bu dövlətlər ABŞ-da keçiriləcək seçkilər ərəfəsində nifaq salmaq niyyətindədir” - KİV

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.