“Tayvan Trampla anlaşmaq üçün ABŞ-dan çoxlu silah sifariş edəcək”.
Den.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, əvvəllər müdafiəyə kifayət qədər pul xərcləmədiyinə görə tənqid hədəfinə çevrilən Tayvan administrasiyası yenidənTrampın qəzəbinə tuş gəlməkdən qorxur. Gərginlikdən qaçmaq üçün Tayvan rəsmiləri adanın hərbi xərclərini artırmağa hazır olduğunu Trampa nümayiş etdirmək qərarına gəlib. Bunun üçün də Amerika silahları almaq məqsədilə qeyri-rəsmi danışıqlar aparıblar.
Nəşrin məlumatına görə, Tayvan tərəfdən gələcək sövdələşməyə adanın administrasiya rəhbərinin müavini Xiao Meiqin və yerli Milli Təhlükəsizlik Şurasının baş katibi Vu Zhaose nəzarət edir. Tayvanın ABŞ-ın yeni administrasiyasından istəyəcəyi hərbi texnika siyahısına 60 “F-35” döyüş təyyarəsi, 4 “E-2D” erkən xəbərdarlıq təyyarəsi, “Aegis” raketdən müdafiə sistemi ilə təchiz edilmiş 10 gəmi və 400 “Patriot” raketi yer alacaq. Tayvan Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Su Tzuyunun sözlərinə görə, Amerikanın silah paketi yerli büdcəyə 15 milyard dollardan baha başa gələcək.
Adanın administrasiyası Britaniya qəzetinin məlumatını nə təsdiq, nə də təkzib edib. Yalnız Tayvanın hərbi potensialını artırmağa davam edəcəyi bildirilib. Öz növbəsində, Çinin ABŞ-dakı səfirliyi Tayvana xəbərdarlıq edib. Pekin adanın hakim Demokratik Tərəqqi Partiyasını hərbi potensialını artıraraq Çindən ayrılmaq istəyinə son qoymağa çağırıb. Çin səfiri həmçinin Tayvanı müharibəyə və münaqişəyə doğru addım atmamağı tövsiyə edib.
Günəş Fərəh
Den.az
“Tayvan Trampla anlaşmaq üçün ABŞ-dan çoxlu silah sifariş edəcək” - KİV

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.