Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub.
Astanada keçirilən dünya çempionatında 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İran təmsilçisi Payam Əhmədini 3:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Bununla da Eldəniz Əzizli karyerasında beşinci dəfə dünya çempionluğu tituluna yiyələnib.
Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov (77 kq) da qızıl medal uğrunda mübarizə aparacaq. Onun finaldakı rəqibi Moldovadan olan Aleksandrin Qutsu olacaq.

