"Fenqal" qasırğası Hindistanın cənub-şərq sahillərinə çatıb, bir sıra şəhər və rayonlarda daşqınlara səbəb olub və nəqliyyata ciddi ziyan vurub.
Den.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət və meteorologiya xidməti məlumat yayıb.
Meteoroloqların bildirdiyinə görə, güclü yağış və güclü külək Hindistanın cənubundakı Tamil Nadu ştatında və Pondiçerridə bir neçə rayona ziyan vurub. Tamil Nadu əyalətinin paytaxtı Çennaidəki Regional Meteoroloji Mərkəz səkkiz rayon üçün qırmızı həyəcan elan edib.
Səlahiyyətlilər bütün çimərlikləri bağlayıb, qatarların hərəkəti dayandırılıb.
Bu ölkədə güclü qasırğa: Şəhərlər suyun altında qaldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.