İran Prezidenti Məsud Pezeşkianın ölkədə yanacağın bahalaşacağı ehtimalı barədə çıxışından sonra siyasi, xüsusən SEPAH-da olan rəqiblərinin təzyiq və təhdid bəyanatları artıb.
Den.az xəbər verir ki, bu bəyanatlardan birini SEPAH-ın Xatəm əl-Ənbiya Qərargahının keçmiş komandiri Səid Məhəmmədi səsləndirib.
“Ehtiyatlı olun, siz minalı sahədə hərəkət edirsiniz və ilk səhviniz sonuncu səhviniz olacaq”, - SEPAH komandiri bildirib.
Qeyd edək ki, iki gün əvvəl Pezeşkian deyib ki, benzinin idxalına pul ayrılanda, büdcə kəsiri yaranır və bu da inflyasiyaya, aztəminatlı təbəqənin zərər görməsinə səbəb olur:
“Ona görə də parlament idxala valyuta ayırmasa, benzinin bahalaşacağı qaçılmazdır”.
Günəş Fərəh
Den.az
SEPAH komandirindən Pezeşkiana: “Ehtiyatlı olun, siz minalı sahədə hərəkət edirsiniz"

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.