Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammitini Qazaxıstanda AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verərək başlayıb.
“Den.az” Rusiya mediasına istinadən xəbər verir ki, o, hadisə nəticəsində xəsarət alanların tezliklə sağalacağına ümid etdiyini qeyd edib.
Onun sözlərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi tibbi heyət və lazımi avadanlıqlarla Aktauya qəza yerinə göndərilib.
Xatırladaq ki, bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
Putin təyyarə qəzasından danışdı - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.