Den.az xəbər verir ki, bu barədə Teleqram kanallarında paylaşım edilib.
Belə ki, içkili vəziyyətdə canlı yayım açan Kristina adlı qadına izləyicilərdən biri böyük hədiyyə göndərərək, “Pəncərəni aç və pəncərədə otur” tapşırığını verib. Kristina bu tələbə əməl edərək 5-ci mərtəbədə yerləşən mənzilinin pəncərəsinə çıxıb. Lakin onun ayağı ilişib, tarazlığını itirib və pəncərədən asılı vəziyyətdə qalıb.
Hadisə zamanı evdə onun 11 yaşlı qızı da olub. Qız çarəsiz vəziyyətdə kömək eləməyə çalışıb, bunu bacarmayanda isə qonşuları yardıma çağırıb. Ancaq bir neçə dəqiqə sonra gücdən düşən Kristina 5-ci mərtəbədən yerə çırpılaraq həyatını itirib.
Bu dəhşətli anlar canlı yayımda lentə alınıb və görüntülər qısa müddətdə bütün dünyada geniş rezonansa səbəb olub.