İsveçrə hakimiyyəti anti-Rusiya sanksiyalarını genişləndirərək daha səkkiz media orqanını hədəf alıb.
Den.az xəbər verir ki, ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin saytında məlumat yayılıb.
Bildirilib ki, “Lenta.ru” internet nəşri, “Zvezda” telekanalı, “Krasnaya Zvezda” qəzeti, “Eurasia Daily” saytı, “News Front” agentliyi, “SouthFront” saytı, “RuBaltic.ru” portalı və Strateji Mədəniyyət Fondu məhdudiyyətlərə məruz qalıb.
“Sanksiyaların aprelin 23-də qüvvəyə minəcəyi gözlənilir. Sadalanan bütün media qurumları artıq Avropa İttifaqının (Aİ) fevral ayında qəbul etdiyi 16-cı sanksiyalar paketinə daxildir”. Globalinfo.az