Xəbər verdiyimiz kimi, Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş Elçin Balayev , direktorun inzibati işlər üzrə müavini Orxan Ənvərlini bıçaqlayıb.
Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.
TƏBİB-dən “Denmedia.az”ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib”, - açıqlamada deyilir.
Xatırladaq ki, daha əvvəl mediada Orxan Ənvərlinin TƏBİB-in keçmiş sədri Vüqar Qurbanovun qohumu olması ilə bağlı iddialar yayılmışdı. TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri işləyən Orxan Qurbanovun sonradan soyadını dəyişərək Ənvərli etdiyi bildirilirdi.
O.Ənvərli həmçinin vəkil fəaliyyəti ilə də məşğuldur və hazırda Vəkillər Kollegiyasının üzvüdür.
Nizami Rəsulov
Denmedia.az

