Londonun Kamden rayon şurasının rəhbəri Sagal Abdi-Wali Böyük Britaniya parlamentinin aşağı palatası – İcmalar Palatasına keçirilən əlavə seçkidə qalib gəlib.
Oktyabrın 8-də Holborn və Sent-Pankras seçki dairəsində keçirilən səsvermədə hakim Leyboristlər Partiyasının namizədi 45,17 faiz səs toplayıb.
Abdi-Wali 1990-cı illərdə uşaq yaşlarında Somalidən qaçqın kimi Böyük Britaniyaya gəlib.
Onun əsas rəqibi Yaşıllar Partiyasının lideri Zak Polanski olub. O, 32,81 faiz səs toplayıb. Ümumilikdə seçkidə 15 namizəd mübarizə aparıb.
Holborn və Sent-Pankras dairəsi üzrə deputat yeri Böyük Britaniyanın keçmiş baş naziri Kir Starmerin 2026-cı il sentyabrın 1-də mandatından imtina edərək siyasətdən getməsindən sonra boş qalmışdı.
Starmer bu seçki dairəsini 2015-ci ildən parlamentdə təmsil edirdi.

