Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşları Rəşad İbrahimov, Qadir Quliyev və Valeh Hümbətovun həbs müddəti yenidən 7 gün uzadılıb.
Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.
Bildirilib ki, iş üzrə növbəti məhkəmə iclası oktyabrın 16-da keçiriləcək.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.
Hadisə zamanı 239 nəfər xilas edilib, ölənlərin sayı isə 26 nəfərə çatıb. İtkin düşən sərnişinlərin axtarışları davam etdirilir.
Qəza ilə əlaqədar ümumilikdə 9 nəfər saxlanılıb. Onların arasında 3 Azərbaycan vətəndaşı da var.

