Nadir rast gəlinən “sərt insan sindromu” diaqnozu səbəbindən uzun müddət səhnələrdən uzaq qalan dünya şöhrətli müğənni Céline Dion Parisdəki konserti zamanı çətin anlar yaşayıb.
58 yaşlı sənətçi oktyabrın 7-də “Plénitude Arena”da keçirilən konsertdə səhnədə ayağı ilişərək yıxılıb. Hadisə onun “Dans un autre monde” mahnısını ifa etdiyi zaman baş verib.
Dion qısa müddətdə ayağa qalxaraq tamaşaçılara baş barmağını qaldırıb yaxşı olduğunu göstərib və çıxışını dayandırmadan davam etdirib.
Bu, gecənin yeganə gözlənilməz anı olmayıb. Müğənni daha sonra məşhur “Pour que tu m’aimes encore” mahnısının sözlərini qısa müddətə unudub.

Bu zaman tamaşaçılar mahnının sözlərini birlikdə oxuyaraq sənətçiyə dəstək olublar. Dion isə fanatların reaksiyasından təsirlənərək onlara təşəkkür edib.
Céline Dion altı ildən çox fasilədən sonra tammiqyaslı konsert proqramı ilə səhnəyə qayıdıb. O, 2022-ci ildə sərt insan sindromundan əziyyət çəkdiyini açıqlamışdı.
Yaşanan çətinliklərə baxmayaraq, müğənni konserti yarımçıq dayandırmayıb və çıxışına davam edib.

