2025-ci il 1 oktyabr tarixində Ukrayna Silahlı Qüvvələrinə məxsus “Baba-Yaqa” adlı zərbə dronu, Rusiya tərəfindən işğal olunmuş Yeni Kaxovka şəhərində "deputatlar şurasının sədri" olan Vladimir Leontyevi hədəfə alıb.
DenMedia.az- ın məlumatına görə, o aldığı ağır yaralardan sonra xəstəxanada dünyasını dəyişib.
Səhər saatlarında Rusiyanın təyin etdiyi Xerson vilayətinin “qubernatoru” Vladimir Saldo, Leontyevin vəziyyətinin ağır olduğunu açıqlamışdı. Gün ərzində o, Leontyevin öldüyü barədə məlumat verib.

