Almaniyada 450-dən çox məktəbə bomba təhdidi ehtiva edən elektron məktublar göndərilib. “Səni ölüm gözləyir” başlığı ilə yayılan mesajlar ölkə miqyasında ciddi narahatlığa səbəb olub.
Denmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 23-də müxtəlif təhsil müəssisələrinin elektron poçt ünvanlarına partlayış törədiləcəyi barədə təhdidlər daxil olub.
Hadisə ilə əlaqədar bəzi məktəblərdə dərslər dayandırılıb, şagirdlər və məktəb əməkdaşları təhlükəsizlik məqsədilə təxliyə ediliblər.
Təhdid mesajları ilə bağlı polis araşdırmalara başlayıb.

