Ağ Ev, federal hökumətin maliyyələşməsinin qismən dayandırılması səbəbilə işçilərinin təxminən üçdə birini ödənişsiz məzuniyyətə göndərib.
DenMedia.az xəbər verir ki, ABŞ hökumətinin rəsmi saytında yayılan sənədə görə, 1733 əməkdaşdan 554-ü müvəqqəti olaraq işini dayandıracaq, qalanları isə fəaliyyətini davam etdirəcək.
Maraqlıdır ki, daha əvvəl iş adamı İlon Maskın kurasiyasında olan Federal hökumətin effektivliyinin artırılması idarəsi (DOGE) bu məhdudiyyətlərdən təsirlənməyib. İdarənin bütün 45 əməkdaşı fəaliyyətini əvvəlki qaydada davam etdirəcək. Ən çox iş yerini qoruyan qurum isə İnzibati-büdcə idarəsi olub: burda 530 nəfərdən 437-si işləməyə davam edəcək.