İsrail hökuməti isveçli ekoaktivist Qreta Tunberq də daxil olmaqla 70-dən çox insanı ölkədən çıxarır. Onlar həftənin birinci günü Yunanıstana göndəriləcəklər. DenMedia.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Məlumata görə, deportasiya olunanlar arasında 28 fransız, 27 yunan, 15 italiyalı və 9 isveç vətəndaşı var. Bundan başqa, 20-dən artıq ispaniyalı artıq ayrıca reyslə İsraili tərk edib.
Tunberq və digər aktivistlər Qəzza zolağına humanitar yardım aparan “Sumud” flotiiliyasında saxlanılmışdılar. Onların əksəriyyəti Yunanıstana təyyarə ilə göndəriləcək, oradan isə öz ölkələrinə qayıdacaqlar.