YouTube “İkinci şans” (Second Chance) adlı yeni proqram təqdim edib, bu proqram kanallarına çıxışı itirmiş müəlliflərə bloklanmadan bir il sonra bərpa üçün müraciət etmək imkanı verəcək.
DenMedia.az xəbər verir ki, bu barədə məlumat YouTube platformasının rəsmi bloqunda yer alıb.
Proqram apellyasiya mexanizmi sayılmır və artıq standart şikayət yollarını tükətmiş istifadəçilər üçün nəzərdə tutulub.
Müraciətlər fərdi qaydada, əvvəlki qayda pozuntularının xarakteri və icmanın mövcud qaydaları nəzərə alınmaqla qiymətləndiriləcək.
Proqram müəllif hüquqlarının pozulmasına görə silinmiş kanallara şamil olunmur.
Müraciət təsdiqlənərsə, kontent yaradıcısı yeni kanal açmaq, əvvəlki videolarını qaydalara uyğun şəkildə yenidən paylaşmaq və monetizasiyanı bərpa etmək imkanı əldə edəcək.
YouTube bildirib ki, proqram barədə bildirişlər yaxın aylarda YouTube Studio-da görünəcək.
Lakin bloklanmış rusiyalı bloqerlərin bu proqramdan yararlanıb-yararlana bilməyəcəyi dəqiqləşdirilməyib.
Bu təşəbbüsün tətbiqi, Google şirkətinin ABŞ Konqresmeni Cim Cordan’a ünvanladığı rəsmi məktubdan sonra gəlib; həmin məktubda şirkət COVID-19 və seçkilərlə bağlı dezinformasiyanın yayılması səbəbilə bloklanan kanalların bərpası mexanizmini yenidən nəzərdən keçirməyi planlaşdırdığını bildirib.