Qarabağ Universitetində işləmək istəyənlər üçün yaxın günlərdə yeni vakansiyalar elan olunacaq.
Den.az xəbər verir ki, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinə bir neçə gün əvvəl proqram rəhbəri vakansiyası üzrə elan verilib.İndiyə kimi ali təhsil ocağında işləmək üçün təxminən 1250 nəfər müraciət edib. Agentliyin direktoru qeyd edib ki, bu vakansiya üzrə 5-6 nəfərin işə qəbulu nəzərdə tutulub.
Ülkər Səttarova deyib ki, yalnız vakansiya tələblərinə uyğun gələn və lazımi bütün sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.
Direktor bildirib ki, Qarabağ Universitetində işləmək istəyənlər üçün digər vakansiyalar üzrə də imkan yaradılacaq. Bu gün artıq ali təhsil müəssisəsində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.
Ülkər Səttarova əlavə edib ki, namizədlər müraciət zamanı vakansiyada müəyyən edilən tələblərə və lazım olan sənədlərə diqqət yetirməlidirlər. Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu martın 15-dək davam edəcək. ([email protected] qrafika).
Şahnaz Əliyeva
Den.az
Qarabağ universitetində işləmək üçün kimlərə üstünlük veriləcəyi AÇIQLANDI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.