Venesuelada ABŞ-ın mümkün müdaxiləsinə hazırlıqlar başlayıb.
DenMedia.az xəbər verir ki, bu barədə “Şepot Fronta” (“Cəbhənin pıçıltısı”) adlı Telegram kanalı məlumat yayıb.
Paytaxt Karakasa gedən yollarda keçidlərin bağlandığı, baryerlər və yoxlama-buraxılış məntəqələrinin (blok-postların) qurulduğu bildirilir.
Bundan əvvəl məlum olub ki, ABŞ Silahlı Qüvvələri Venesuela yaxınlığında beynəlxalq sular üzərində bir gəmini vurub.
ABŞ tərəfinin məlumatına görə, hədəf narkotik qaçaqmalçılığı və terror təşkilatları ilə əlaqəli olub.