ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də İsrail parlamentində (Knessetdə) çıxış edəcək.
DenMedia.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Trampın İsrail Baş naziri Benyamin Netanyahunun dəvəti ilə İsrail parlamentində çıxış edəcəyi məlum olmuşdu. Həmçinin bu gün ABŞ Dövlət Departamenti Ermənistan, Azərbaycan, Macarıstan, Hindistan, İran və digər ölkələrə dəvətlər göndərib.
Xatırladaq ki, Donald Tramp İsrail və HƏMAS nümayəndələrinin onun təklif etdiyi sülh planının birinci hissəsini imzaladığını açıqlayıb. Ardınca İsrail HƏMAS ilə razılaşmanın şərtlərinə əsasən Qəzza zolağında razılaşdırılmış xəttlərə qoşunlarını çəkməyə başlayıb.(Globalinfo.az)