Misirdə keçirilən Qəzza sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın baş naziri Giorgia Meloni arasında maraqlı dialoq yaşanıb. DenMedia.az xəbər verir ki, u bbarədə İhlas (İHA) agentliyi məlumat yayıb.
“Əla görünürsən, amma səni siqareti tərgitməyə məcbur etməliyəm,” — deyə Ərdoğan zarafatla Meloniyə müraciət edib.
İtaliya lideri isə gülümsəyərək cavab verib ki, bu vərdişdən qurtulmalı olduğunu yaxşı bilir.