Oddity Central yazır ki, Perulu yepiskop Siro Kispe Lopes Papa XIV Levə istefa ərizəsi təqdim edib. Səbəb — Vatikanda aparılan istintaqın onun eyni anda bir neçə qadınla gizli münasibətdə olduğunu üzə çıxarmasıdır.
51 yaşlı ruhani, təxminən 17 sevgilisi olmaqda ittiham edilir. O, iddiaları “qaranlıq qüvvələrin böhtan kampaniyası” adlandırsa da, katolik yepiskoplar üçün təqaüd yaşına hələ 20 il qalmış vəzifəsini tərk etməli olub.
“Bu, qaranlıq qüvvələrin mənə qarşı qurduğu təxribatdır,” — deyə Lopes bəyan edib.
Mətbuata görə, qalmaqal yepiskopun iki sevgilisinin qısqanclıq münaqişəsindən sonra üzə çıxıb. Onlardan biri — rahibə — digər qadına gizli əlaqələr barədə məlumat ötürüb, bu isə bütün Vatikanda səs-küyə səbəb olub.
İstintaq zamanı təqdim edilən fotoşəkillər, yazışmalar və şahid ifadələri Lopesin artıq müdafiə olunmaz vəziyyətə düşməsinə gətirib çıxarıb.