DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, Middle East Eye nəşrinin onun administrasiyadan ayrılacağı barədə məlumatını “tamamilə feyk xəbər” adlandırıb.
“Bu material — 100% saxtadır. Onlar bunu dərhal silməlidirlər,” — deyə Uitkoff “X” sosial platformasında bildirib.
Böyük Britaniya nəşri daha əvvəl yazmışdı ki, guya Uitkoff “çətin diplomatik qrafikdən sonra” öz biznesinə fokuslanmaq üçün Tramp administrasiyasını tərk etməyə hazırlaşır.