Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdəki görüşü Moldovada siyasi rejimin dəyişməsi ilə nəticələnə bilər. Denmedia.az xəbər verir ki, bu barədə Dnestryanı Ali Sovetin deputatı Andrey Safonov RIA Novosti-yə açıqlamasında bildirib. O, regionda təsir dairələrinin bölünməsi mövzusunun liderlər arasında müzakirə oluna biləcəyini qeyd edib.
“ABŞ və Rusiya arasında Moldovadakı rejimin dəyişdirilməsi ilə bağlı dialoqu gözləmək olar,” – deyə Safonov bildirib.
Onun sözlərinə görə, görüş Moldova prezidenti Maya Sandunun himayədarlarına – Fransa, Böyük Britaniya və Aİ liderlərinə – “siyasi şillə” olacaq.
Siyasi şərhçi əlavə edib ki, məqsəd Kişinyovda demokratik normalara əməl edən, “yevrosuperqlobalistlərin əlindəki kukla olmayan, ağıllı bir rejimin” təsis edilməsidir.