Fransanın sabiq prezidenti Nikola Sarkozi bazar ertəsi Milli Maliyyə Prokurorluğuna çağırılıb — ona “Liviya işi” üzrə 5 il azadlıqdan məhrumetmə cəzasının icra şərtləri barədə məlumat verilib.
“Əldə etdiyimiz məlumata görə, keçmiş prezident oktyabrın 21-dən etibarən Parisdəki ‘Sante’ həbsxanasında saxlanılacaq. Sarkoziyə "cinayətkar sövdələşmə" ittihamı ilə hökm oxunub,” — Le Figaro yazır, DenMedia.az xəbər verir.
Bu, Fransa tarixində həbsə məhkum edilən nadir dövlət başçılarından biri olan Sarkozinin siyasi karyerasında ən ağır zərbə sayılır.