Budapeştdəki sammitin ləğvindən sonra Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə strateji nüvə qüvvələrinin planlı təlimi keçirilib. Denmedia.az xəbər verir ki, təlimdə quru, dəniz və aviasiya komponentləri iştirak edib.
Putin bildirib ki,
“22 oktyabrda müdafiə nazirinin məruzə etdiyi kimi, nüvə qüvvələrinin idarə olunması üzrə planlı məşqimiz var. Başlaya bilərik.”
Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, təlimdə “Yars” raket kompleksləri, “Bryansk” atom sualtı qayığı və Tu-95MS strateji bombardmançı təyyarələri iştirak edib.