Abxaziyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qrupu Arxangelsk vilayətindən olan rusiyalı turistin cəsədini Kındıq kəndində tapıb.
Denmedia.az xəbər verir ki, bu barədə çərşənbə günü qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, FHN əməkdaşları və Daxili İşlər Nazirliyinin əməkdaşları 68 yaşlı kişini iki gün ərzində axtarıblar.
Turist həyat yoldaşı ilə birlikdə Oçamçira rayonunun Kındıq kəndində dincəlirmiş. İlkin məlumata əsasən, 20 oktyabrda həyat yoldaşı ilə mübahisədən sonra kişi qaldıqları yeri tərk edib və zənglərə cavab verməyib.
Çərşənbə günü Oçamçira şəhərinin axtarış-xilasetmə dəstəsi onun cəsədini kənd yaxınlığındakı meşəlik ərazidə aşkar edib.
Faktla bağlı Oçamçira rayon prokurorluğu tərəfindən araşdırma aparılır, — deyə Abxaziya FHN-nin məlumatında qeyd olunur.