BŞ prezidenti Donald Tramp federal hökumətin işinin qismən dayandırıldığı dövrlərin — yəni “şatdaunların” — ümumi müddətinə görə rekord müəyyən edib. DenMedia.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Trampın iki prezidentlik dövrü ərzində hökumət fəaliyyətinin dayanmasının ümumi müddəti 57 günə çatıb.
Birinci dövründə şatdaun 36 gün davam etmişdi, hazırkı hökumət dayanması isə artıq 21 günü keçib.
Əvvəlki rekord ABŞ-ın 39-cu prezidenti Cimmi Karterə məxsus idi: 1977–1981-ci illərdə baş vermiş beş hökumət bağlanması cəmi 56 gün çəkmişdi. Bill Klintonun prezidentliyi dövründə (1993–2001) iki belə hal yaşanmış və onların ümumi müddəti 26 gün olmuşdu.

