"Müharibələri dayandırmağı sevirəm".
DenMedia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ASEAN sammitində iştirak etmək üçün səfər etdiyi Kuala-Lumpurda (Malayziya) deyib.
"Bunu hobbi adlandırmazdım, çünki bu, hobbidən daha çox ciddi məsələdir, lakin bu işin öhdəsindən yaxşı gəlirəm. Bunu BMT etməlidir, lakin etmir" , - deyə o vurğulayıb.

