26 oktyabr axşamı Qara dəniz akvatoriyasında zəlzələ baş verib. Titrəyişlər İstanbul və ətraf vilayətlərdə hiss olunub.
DenMedia.az xəbər verir ki, bu barədə Türkiye Today məlumat yayıb.
İlkin məlumatlara görə, dağıntı və ya xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb.
Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyi (AFAD) bildirib ki, zəlzələnin maqnitudası 3,7, episentri isə dəniz səthindən təxminən 13 kilometr dərinlikdə yerləşib.
Kandilli Rəsədxanasının seysmoloqları isə zəlzələnin gücünün 3,9 bala çata biləcəyini və ocağın dərinliyinin təxminən 11 kilometr olduğunu açıqlayıblar.

