ABŞ prezidenti Donald Tramp Yaponiyaya səfər edib.
Associated Press (AP) xəbər verir ki, çərşənbə axşamı o, ölkənin yeni baş naziri Sanae Takaichi ilə görüşəcək.
Bu, Trampın ikinci prezidentlik müddətində Yaponiyaya ilk səfəridir. O, daha əvvəl – 2019-cu ildə G20 sammiti çərçivəsində dövlət başçısı qismində Yaponiyada olmuşdu.
Axşam saatlarında imperator Naruhitoda qəbul planlaşdırılır, daha sonra isə baş nazir Takaichi ilə rəsmi sammit keçiriləcək.

